Qeydiyyat nömrəsi saxta olan maşın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qeydiyyat nömrəsi saxta olan maşın saxlanıldı

Kriminal

10 İyun 2019 11:56 1326


Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi "SALLAAAM6EA727547" olan "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb. Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb. "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin "SALLAAAF6FA732079" olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!