Qeydiyyatda olmadığınız ərazidəsinizsə, necə səs verə bilərsiniz? - Video

saytların hazırlanması

Evə çatdırılma

Qeydiyyatda olmadığınız ərazidəsinizsə, necə səs verə bilərsiniz? - Video

Sosial

11 Yanvar 2024 01:34 465


“Prezident seçkisində ölkə vahid bir dairədir. Əgər vətəndaş səsvermə günü qeydiyyatda olduğu ərazidə olmayacaqsa, bu zaman qanunvericiliyə uyğun olaraq qeydiyyatda olduğu seçki məntəqəsindən qeydiyyatdan çıxma vəsiqəsi alaraq istədiyi yerdə səs verə bilər”.

Bunu yanvarın 10-da Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov deyib.

“Naxçıvana ezam olunmuş şəxslər qeydiyyatdan çıxma vəsiqəsi ilə burada səs verə biləcəklər”, - o əlavə edib. pizza mizza

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!