“Qeyrəti beldən aşağıda görən insanların...” – Elşad Miridən Hacı Təyyara cavab

“Qeyrəti beldən aşağıda görən insanların...” – Elşad Miridən Hacı Təyyara cavab

Din

27 İyul 2022 15:49 68808


“Qeyrəti beldən aşağı görən insanların fikirlərinə açıqlama verməyin özü absurd bir yanaşma olar, biabırçılıqdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, ilahiyyatçı Hacı Təyyarın çimərliyə ailəsi ilə çimməyə gedən kişilərin “necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?” fikirlərinə cavab olaraq deyib ki, islamda qadınların çimərliyə getməsi ilə bağlı bir qadağa yoxdur:

“Niyə qadağa olsun ki?! Baxın, bu tip açıqlamalar dar düşüncənin nəticəsidir. Bu insanlar həyatdan təcrid olunmuş kimi yaşayırlar, həyatın içində deyillər. Sanki elə bil qapanıblar bir qalaya, elə bir yerdə yaşayırlar. Ona görə də mən onları dindar yox, “dini dar” olan insanlar kimi təqdim edirəm.

Belə yanaşmalar, əlbəttə, insanları dindən uzaqlaşdırır. İnsanların bu günləri ateist və deist olmalarının səbəbi bu cür dar düşüncəli adamların din adı ilə danışıb, insanları dindən soyutmalarıdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!