Sosial mediada yataq yoxlamaları aparan bir şirkətin bir ay yataraq onlara kömək edəcək komanda yoldaşı axtarması geniş müzakirəyə səbəb olub.
Yenisabah.az xəbər verir ki, “Eachnight” şirkəti bu iş üçün seçilən şəxsə 1500 dollar ödəniləcəyini elan edib. Şirkət tərəfindən verilən açıqlamada bu işə 5 nəfərin seçiləcəyi vurğulanıb və ən az 18 yaşında olan şəxslərin müraciətlərinin ölkəsindən asılı olmayaraq qəbul ediləcəyi bildirilib.
31 may tarixinə qədər müraciət edilə bilən iş üçün ən əsas tələb yaxşı bir İngilis dilinə sahib olmaqdır. həmçinin bu insanlar yuxudan əvvəl və sonra video konfransda iştirak edəcək, yuxu ilə bağlı şifahi bir sorğuya cavab verəcəklər. Bu araşdırmada şirkət ən yaxşı qısa yuxu vaxtını və yuxuların yorğunluq, yaddaş, motivasiya və məhsuldarlığa təsirlərini araşdıracaq. Dominos pizza
Telegram kanalımız