Qəzada ölən müğənni haqqında yeni faktlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qəzada ölən müğənni haqqında yeni faktlar aşkarlandı

Hadisə

31 Oktyabr 2025 14:56 772


Yol qəzası nəticəsində vəfat edən müğənni Vlada Axundova haqqında yeni faktlar üzə çıxıb. 

"Yeni Sabah" xəbər verir ki, ifaçı müsiqi ilə yanaşı, bizneslə də məşğul imiş.

O, fotosessiya, videoçəkiliş və s. fəaliyyətlə məşğul olan "Kismish agency"in direktoru vəzifəsini icra edirmiş. pizza

Vlada Axundova restoranın sosial media hesabında reklam və yemək fotolarını paylaşmağı da diqqətdə saxlayırmış. 

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Seyfulla Mehdizadənin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.

Axundova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Müğənni olan V.Axundova bir sıra musiqi müsabiqələrində, eləcə də "Səs Azərbaycan" yarışmasında iştirak edib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!