Qəzalı məktəblə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qəzalı məktəblə bağlı rəsmi açıqlama

Sosial

25 Yanvar 2025 22:38 338


Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, Regional İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

"Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur. pizza sifarişi

Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Həmin korpusun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib".

Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!