Qəzaya düşən Nurgül Yeşilçayın ağzı əyildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən Nurgül Yeşilçayın ağzı əyildi - FOTO

Hadisə

16 Mart 2022 08:16 621


Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay bir həftə əvvəl düşdüyü qəzadan danışıb.

Arnavutköydə kameralara tuş gələn 45 yaşlı aktrisa qəzanın izlərinin hələ keçmədiyini bildirib.

“Əslində maşın sürməyi sevən biri deyiləm. Məcbur sürdüm. Əyləc əvəzinə qaza basdım. Həm dirəyə, həm də ağaca çırpıldım. Həkim nəzarəti, fizioterapiya davam edir. Qalıcı bir fəsad yoxdur. Üç aya düzələcək”, - deyə o bildirib. pizza

Xatırladaq ki, aktrisa bir həftə əvvəl qəza keçirdiyi ilə bağlı “Instagram” hesabında paylaşım edib və izləyicilərini təhlükəsizlik kəmərindən istifadə etməyə çağırıb.

“Öz maşınımla böyük bir qəzadan sağ çıxdım. Ağzıma və çənəmə tikişlər qoyuldu. Fəsad qaldı və bir müddət davam edəcək”.

O deyib ki, üzü bir az əyilsə də özünü yaxşı hiss edir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!