Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb.
DSX-nin Mətbuat Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Sezar pizza
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Telegram kanalımız