Türkiyənin hərbi təyyarəsinin ötən gün Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması ilə bağlı bəzi detallar məlum olub.
“Yeni Sabah” xəbər verir ki, "Milliyyət" qəzetinin baş redaktoru Özay Şendir qəzaya dair bir çox suallara aydınlıq gətirib. Şendir qəzanın hansı səbəbdən baş verdiyini öyrənmək üçün bir neçə həftə gözləmək lazım gələcəyini bildirib.
Baş redaktor türkiyəli mütəxəssislərin hazırda hadisə yerində araşdırma apardıqlarını deyib. Qeyd edib ki, 20 hərbçinin şəhid olduğu təyyarə üç yerə parçalanıb: "Əlimizdə konkret fakt olmadan düşmən axtarışına çıxmaq düzgün deyil. Hadisənin terror aktı nəticəsində baş verdiyini sübut etmək üçün əlimizdə heç bir dəlil yoxdur". pizza
Türkiyəli jurnalist qəzaya uğrayan təyyarənin partlayıcı maddə daşımadığını vurğulayıb: "Hər kəs bundan əmin ola bilər".
Özay Şendir təyyarənin parçalarının Türkiyəyə gətiriləcəyini qeyd edib. Onun sözlərinə görə, hərbi təyyarənin qalıqları mütəxəssislər tərəfindən Kayseri şəhərində incələnəcək.
Jurnalist bu prosesin bir neçə həftə çəkəcəyini istisna etməyib.
Telegram kanalımız