Qəzzada iki jurnalist öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada iki jurnalist öldürüldü 

Maraqlı

10 Oktyabr 2023 12:02 328


Qəzzada iki jurnalist həlak olub. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər İsrail döyüş təyyarələrinin Qəzza zolağını bombalaması nəticəsində iki fələstinli jurnalist ölüb, biri isə yaralanıb. 

Bildirilib ki, jurnalistlərin çalışdığı Qəzza valiliyinin İnstitusiyalar küçəsində yerləşən "Hajji Tower" binası bombalanıb və tamamilə dağılıb. Nəticədə "Əl-Khamsa News" saytının baş redaktoru, Rəfah əyalətinin sakini Səid Radvan əl-Tavel və Qəzza sakini, "Khabar" Agentliyinin fotoqrafı Məhəmməd Rizq Sobh həlak olub.  Sezar pizza

Jurnalist Hişam Əl-Nəvacha ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib. 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub regionuna hücumuna və törətdiyi terror aktlarına cavab olaraq İsrail Qəzzada hərbi əməliyyata başlayıb. İsrail Baş naziri Netanyahu bildirib ki, İsrail müharibə vəziyyətindədir. Artıq həm İsraildə, həm də Qəzzada ölən mülki vətəndaşların sayı 1000-i keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!