Qəzzada ölən jurnalistlərin sayı 7-yə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada ölən jurnalistlərin sayı 7-yə çatdı

Maraqlı

11 Oktyabr 2023 10:08 371


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi bildirir ki, HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında azı 7 fələstinli jurnalist həlak olub. 

Yenisabah.az-ın məlumatına görə, komitənin Yaxın Şərq və Şimali Afrika üzrə proqram koordinatoru Şerif Mansur deyib ki, jurnalistlər böhran zamanı mühüm iş görən mülki şəxslərdir və müharibə edən tərəflər tərəfindən təqib edilməməlidir." 

Şənbə günü üç jurnalist - Mohammad Al-Salhi, Mohammad Jargoon və Ibrahim Mohammad Lafi münaqişəni işıqlandırarkən güllələnib. İki gün sonra Qəzza zolağının Rimal məhəlləsində İsrailin hava hücumu nəticəsində üç müxbir - Səid əl-Tavil, Məhəmməd Sobih və Hişam Əlnvəcha həlak olub.  Dördpendirli pizza

Daha sonra Salam Mema əri və üç uşağı ilə birlikdə Qəzzanın şimalındakı evlərinin ayrı-ayrı hücumda atəşə tutulmasından sonra həlak olub. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!