Fələstin-İsrail müharibəsi 125 gündür davam edir.
Bakupost.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada son vəziyyətlə bağlı məlumat verib.
İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 130 fələstinlini öldürdüyü, ölənlərin sayının isə 27 min 840-a yüksəldiyi bildirilib. pizza hut
Qeyd olunub ki, son hücumlarda daha 170 nəfər yaralanıb. Bununla da yaralananların ümumi sayı 67 min 317-yə çatıb.
Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.
Telegram kanalımız