QHT Agentliyinin Rasim Balayevlə bağlı qərarı alqışlandı 

saytların hazırlanması

Evə çatdırılma

QHT Agentliyinin Rasim Balayevlə bağlı qərarı alqışlandı 

Mədəniyyət

27 May 2023 15:37 4593


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb. 

Yenisabah.az xatırladır ki, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qalibləri arasında tanınmış şəxslər də var. 

“Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə müsabiqənin qalibi olub. Marqarita pizza

QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb. 

Qeyd edək ki, Xalq artistinin rəhbərlik etdiyi qurumun milli donordan 28 500 min manat qrant alması müzakirəsiz ötüşməyib. 

Saytların bununla bağlı xəbəri sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.

Sosial şəbəkə iştirakçıları R.Balayevin dövlətdən qrant almasını alqışlayıb, milli-mənəvi dəyərlərlə bağlı layihələrin onun kimi ağsaqqal, ziyalı, alicənab adamlar tərəfindən icra olunmasının vacibliyini vurğulayıblar. 

Dünən gün ərzində sosial şəbəkələrdə “Tamamilə doğru qərardır.  Alqıışlayıram! Kaş, bütün layihələrimizin başında R.Balayev kinmi vicdanlı adamlar dayanaydı”, "Burda nə var ki? Milli-mənəvi dəyərlərimizi Rasim Balayevdən yaxşı kim təbliğ edə bilər?", "Azərbaycan mədəniyyəti Rasim Balayev kimi ölməz aktyorların çiynində dayanıb. Agentliyin belə bir sənətkara dəstəyi bizi sevindirir" məzmunlu şərhlərə tez-tez rast gəlmək mümkün idi. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!