“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev avtomobil qəzasında ölüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə fevralın 6-da baş verib.
Qəzadan dərhal sonra 78 yaşlı QHT sədri Bioloji Təbabət Klinikasına çatdırılıb. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Dominos pizza
Qeyd edək ki, Qardaş Məhərrəm oğlu Fətullayev 1947-ci ildə Masallının Yeddioymaq kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. O, Masallı Rayon Komsomol Komitəsinin birinci katibi, Masallı Rayon Xalq Deputatları Sovetinin sədr müavini, Məişət Xidməti Kombinatının rəisi, yerli istehsal Kombinatının direktoru vəzifələrində çalışıb. YAP Masallı Rayon Təşkilatının, təhsil şöbəsinin, rayon Ağsaqqalar Şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü olub.
“Şərəf nişanı“ ordeni, “Əmək igidliyinə görə”, “Tərəqqi”, “Heydər Əliyevin 100 -illiyi (1923-2023)” yubiley medalları ilə təltif edilib.
Telegram kanalımız