“Qırmızı Körpü” gömrük postunda sıxlıq yaşanır

saytların hazırlanması

Evə çatdırılma

“Qırmızı Körpü” gömrük postunda sıxlıq yaşanır

Maraqlı

17 Dekabr 2023 16:55 796


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1 017 avtomobil gözləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 78, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 25, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 16 yük maşını var. Dominos pizza

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!