“Qış yorğunluğu“ndan necə çıxmalı? - Həkim məsləhəti

saytların hazırlanması

Evə çatdırılma

“Qış yorğunluğu“ndan necə çıxmalı? - Həkim məsləhəti

Sağlamlıq

02 Mart 2023 12:32 3501


Fəsil dəyişkənliyi zamanı insanlarda baş verən halsızlıq, immun zəifliyi və depressiyanı necə adlamalı? "Qış yorğunluğu"ndan çıxmaq üçün həkimlər nə məsləhət görürür?

Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev bildirib:

“Allahın 4 resepti var, bunlar da fəsillərdir. Bu fəsillərə uyğun yeməli və geyinməliyik. Əgər fəslə tez uyğunlaşsaq, təbiətlə əlaqəmiz də normal olar. Bunu bacaran insanlarda immun sistemi, adətən, daha güclü olur. pizza hut

İmmun sisteminin güclü olması üçün isə fəslə uyğun və yerli qidalardan istifadə edilməlidir. Bu əlaqəni pozduğumuz üçün fəsil dəyişkənliyi zamanı müxtəlif infeksiya və xəstəliklərə yoluxuruq.

İnsanlarda immun sisteminin zəifləməsinin başlıca səbəbi "fast food" yeməkləri, eneji içkiləri, gənclərin daha çox oturaq həyat tərzi keçirməsi və s. qeyd etmək olar. Həkim kimi məsləhətim bu olardı ki, səhər kapilyar damarlarımızı soyuq su ilə masaj etməli, dəsmalla qızarana qədər silməliyik. Bu bütün orqanlarımızın fəaliyyətinin güclənməsinə kömək edir”.

Pünhan Həsənova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!