Qiymət artımı gömrüklə bağlı deyil - Şahin Bağırov

saytların hazırlanması

Evə çatdırılma

Qiymət artımı gömrüklə bağlı deyil - Şahin Bağırov

Sosial

13 Dekabr 2022 13:00 727


Biz dərmanları kütləvi şəkildə ölkəyə buraxa bilmərik. 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, dərmanların qiymətinin artması gömrüklə bağlı deyil. Dominos pizza

"İki-üç qutu "Aspirin" gətirənə biz nəsə demirik. Amma elə dərmanlar ölkəyə daxil edilir ki, onları mütləq yoxlamaq lazımdır. Hökumət tərəfindən də bizə konkret tələblər var ki, ölkəyə daxil olunan dərmanlar yoxlanılmalıdır. Qiymət məsələsində bizim fikirlərimiz üst-üstə düşmür. Azərbaycanda dərman qiymətlərinin artması gömrüklə bağlı deyil. Türkiyə və Azərbaycan arasında fərqi qeyd edirsiz, burada bildirək ki, Türkiyə özü dərman istehsal edir. Bundan başqa, Türkiyənin Avropa İttifaqı ilə gömrük müqaviləsi var”, - deyə Şahin Bağırov dərmanların baha olması ilə bağlı deputatların iradlarına münasibət bildirərkən deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!