Qızabənzər oğlanlar - Valideynlər bundan narahat olmalıdırmı?

Qızabənzər oğlanlar - Valideynlər bundan narahat olmalıdırmı?

Sosial Veb saytların hazırlanması

24 Noyabr 2022 16:07 754


"Son zamanlar tez-tez belə bir fikir səslənir ki, bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir. Bunu bəziləri, hətta “Şərqə intiqrasiya edən Qərb modeli” də adlandırırlar. Gen mutasiyasının nəticəsi kimi, əsasında hormonal disfunksiya duran bu durum, əslində, ali svilizasiyaların 100 illərlə davam edən, son mərhələsində önə çıxır (məsələn, antik dövrdə Yunanıstanda olduğu kimi) və yeni dövrün başlanması ilə sporodikləşir. Odur ki, bu halı konkret məkanla bağlamaq düzgün deyil".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu professor Musa Qənilyev bildirib.

Onun sözlərinə görə, "Şərq" və ya "Qərb" anlayışı kimi deyimlər eyni dərəcədə mənasız, əsassız və səhv fikirdir: “Bu hormonal disfunksiyadır, tamamilə fərqli yanaşma, interperetasiya və təhlil tələb edir. Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideyinlərin narahatlığına səbəb olan hal isə, hormonal aktivliyin modulyasiyasıdır. Yəni patoloji proses deyil.

Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibli yemlərdən nəzarətsiz istifadə və s.). Müxtəlif yarımfabrikat, enerjili içkilər, “fastfood” və s. qidalara normativə tam əməl olunmayan E120,  E621,  E250 və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir.

Uşaq orqanızmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur. Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar, yalnız geri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur. O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valideyinlər qorxu, stress və gərginlik hissi keçirməməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!