Qızı Məmməd Arazın ölüm anından danışdı -“ Üzümü dodaqlarına yaxınlaşdırdım...“

saytların hazırlanması

Evə çatdırılma

Qızı Məmməd Arazın ölüm anından danışdı -“ Üzümü dodaqlarına yaxınlaşdırdım...“

Mədəniyyət

14 Oktyabr 2020 17:45 1501


Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür. 

Yenisabah.az xəbər verir ki, Kulis.az-a müsahibə verən şairin qızı, tanınmış yazıçı-publisist İradə Tuncay atasının ölüm anını belə xatırlayıb:

“Anam zəng elədi. Dedi, atanın vəziyyəti pisdi, boğulur. Əynimə nəyi necə keçirdim, nə qədər vaxt keçdi bilmədim. İçəri girəndə anladım ki, bitib artıq. Evdə anama kömək edən qızı gördüm. Yerə çökmüş atamın başını qucağında saxlayırdı. "Nəbzi var" deyirdi. Anam "Təcili yardım çağırdım" - deyib qışqırırdı. Beynim dumanlı olsa da təcili yardımın yardımı olmayacağını anlayacaq durumdaydım. Gözləri açıqdı, əyilib üzümü dodaqlarına yaxınlaşdırdım, nəfəsi qalıbmı deyə. Oğlum gəlib çıxdı. Dumanlı gözlərlə içəri girən oğluma baxdım. Heç bilmədim ona kim xəbər vermişdi. Atamı yerdən qaldırıb divana uzatdıq. Anam qışqırırdı ki, xəstəxanaya aparaq. Maşına düşürdük, başını qucağımda saxlamışdım. Çağırırdım, hay vermirdi. Xəstəxanada xərəyi gətirib içəri salana qədər mənə elə gəldi ki, bir il keçdi. Həkim çox soyuqqanlı yaxınlaşdı. Sonra Məmməd Arazdı dedi, tanıdı. Tələsik nə isə aparatı işə saldı, gözlərinə baxdılar… Sonra həkim başını buladı, üstünə ağ örtük çəkdilər. O biri tərəfdə stolda ağır xəstə var idi, sağ idi. Qorxmasın deyə heç birimiz səsimizi çıxarmırdıq. Mən örtüyü qaldırıb üzünü-gözünü, əllərini, ayaqlarını öpdüm… Dominos pizza

Xəstəxananın həyəti adamlarla doldu. Öz-özümə dedim ki, nə tez xəbər tutdular. Hə, bir də dəqiq xatırladığım bir fakt da var. Evə qayıdanda "24 “şirvan” pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün…”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!