Qızı Tofiq Yaqublu ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Qızı Tofiq Yaqublu ilə görüşdü

Siyasət

12 Yanvar 2023 13:57 1380


Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi xəstəxanada atası ilə görüşüb. 

Yenisabah.az xəbər verir ki, Nigar Həzi atasının aclıq aksiyasını davam etdirmək niyyətində olduğunu bildirib: “Durumu sabit ağır olaraq qalır. Bildirdi ki, sistem köçürməyə icazə verməyəcək və aclığı davam etdirəcək”. 

N.Həzi həkim Adil Qeybullanın bu gün də Tofiq Yaqublu ilə görüşdüyünü əlavə edib.  pizza sifarişi

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!