Qızıl ucuzlaşdı: Son qiymətlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl ucuzlaşdı: Son qiymətlər açıqlandı

İqtisadiyyat

28 İyun 2025 18:01 523


Bu həftə dünya qızıl bazarında qiymətlər ucuzlaşıb. Beynəlxalq hərraclarda qızılın 1 unsiyası 27 iyun tarixinə $3,273.67 səviyyəsinə düşüb. Bu, gün ərzində 1,65% eniş deməkdir.

Ekspertlərin sözlərinə görə, qiymətlərin azalmasına əsas səbəb ABŞ dollarının zəifləməsi və geosiyasi gərginliyin səngiməsidir. Bundan əlavə, investorların riskli aktivlərə marağı qızılın dəyərinə təsir edib.

Azərbaycan bazarında da qiymətlər geriləyib. Hazırda 24 karat qızılın 1 qramı ₼178-179, 22 karatın isə ₼164 manata təklif olunur. 1 tola qızılın qiyməti isə ₼2,084-2,087 aralığında dəyişir. Sezar pizza

Qeyd edək ki, həftə ərzində yerli bazarda qızıl təxminən 2,5-3% ucuzlaşıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!