Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırdı

Rəsmi

17 May 2023 14:47 1449


Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) özü Laçın yolu ilə humanitar fəaliyyətini dayandırıb, pizza mizza

Z. Amatuninin sözlərinə görə, bəzi prosessual məsələlərin aydınlaşdırılmasına ehtiyac var. O, prosesin tezliklə yenidən başlayacağına ümid edir:

“Hazırda prosedurların aydınlaşdırılması və fəaliyyətimizi bərpa etmək üçün qərar qəbul edən strukturlarla dialoq aparılır”.

Qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi aprelin 29-dan sonra xəstələri daşımayıb, dərmanların tədarükü də dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!