Qızılağac milli parkında yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Qızılağac milli parkında yanğın söndürüldü

Hadisə

06 İyul 2020 22:00 793


Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac milli parkının ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!