Qızılın qiyməti haqda son XƏBƏR!   3300 dollar...

saytların hazırlanması

Evə çatdırılma

Qızılın qiyməti haqda son XƏBƏR! 3300 dollar...

İqtisadiyyat

30 Aprel 2025 12:53 514


Hal-hazırda qlobal bazarlarda qızılın qiyməti 3,312.28 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu, əvvəlki günlə müqayisədə 11.35 dollar və ya 0.34 faiz azalma deməkdir. 

Gümüş də qiymət enişindən yayınmayıb. Hazırda gümüşün bir unsiyasının qiyməti 32.92 dollar təşkil edir. Bu, 0.39 dollar və ya 1.19 faiz azalma deməkdir.  Sezar pizza

Buna baxmayaraq, qızıl uzunmüddətli perspektivdə sabit və dayanıqlı artım nümayiş etdirir. Son bir ayda qiymət 210.49 dollar və ya 6.76 faiz yüksəlib. Altı ay ərzində bu artım 581.17 dollar və ya 21.19 faiz, son bir il ərzində isə 999.14 dollar və ya 42.98 faiz olub. Daha uzun zaman aralığında isə qızıl qiymətində ciddi artım müşahidə olunur: son beş ildə 1,634.89 dollar və ya 96.81 faiz, son iyirmi ildə isə 2,892.57 dollar və ya 671.05 faiz artım baş verib.

Bazar mütəxəssisləri qeyd edirlər ki, bu yüksəlişlər əsasən qlobal inflyasiya, dolların zəifləməsi və geosiyasi qeyri-sabitlik kimi faktorlarla bağlıdır. (Fed.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!