Qızını 50 yaşlı kişiyə verən ana:   “Acından ölən cavana verməkdənsə...”

saytların hazırlanması

Evə çatdırılma

Qızını 50 yaşlı kişiyə verən ana: “Acından ölən cavana verməkdənsə...”

Sosial

13 Dekabr 2022 18:21 18775


Xəbər verdiyimiz kimi, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Qeyd edilib ki, araşdırmalarla qızın 17 yaşının tamam olduğu məlum olub. "Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir".

Yenisabah.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə hesabında paylaşım edərək bildirib ki, nişanlanan qızın anası Teymur Kərimov adlı şəxsə zəng edərək etdikləri işlərinə haqq qazandırıb: Dördpendirli pizza

"Əcəb edirəm qızımı 50 yaşında kişiyə verirəm. Cavan acından ölənə verənə kimi Rusiyada pul qazanan 50 yaşında kişiyə vermək daha yaxşıdır", - deyə qızın anası qeyd edib.

Xatırladaq ki, video sosial şəbəkələrdə yayılandan etirazlara səbəb olub. Belə ki, insanlar azyaşlının 50 yaşında şəxsə ərə verilməsini şiddətlə qınayıblar./Sfera.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    20 ildən sonra bu 50 yaşlı kişi 70 yaşında öz canıyla əlləşəndə, heç bütün rusiyanın pullarıda onun səhətinə kömək edə bilməz qaldı ki həmin vaxta gəlinin 37 yaşında da öz yaşına uyğun tələbləri olacaq....
    3 years ago