Qızmar istilərin qorxunc nəticəsi -   Yeni dövr başlayır…

saytların hazırlanması

Evə çatdırılma

Qızmar istilərin qorxunc nəticəsi - Yeni dövr başlayır…

Sağlamlıq

07 Noyabr 2024 10:21 1821


2024-cü il aparılan araşdırmalara görə tarixdə ən isti il kimi yadda qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Avropa Birliyinin “Kopernik” peyk izləmə sistemindən verilən açıqlamada yer alıb.

Kopernik tərəfindən edilən açıqlamaya görə, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur anomaliyasının 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeyd edilib. Bu dövr üçün qeydə alınmış ən yüksək dəyərə uyğun gələn bu ölçü artıq 2024-cü ilin rekordların ən isti ili olacağını təsdiqləyib. pizza

Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess bildirib ki, bu, qlobal temperatur rekordlarında yeni bir mərhələdir.  O, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) diqqət çəkib və yeni məlumatların sürətləndirilməsinin vacibliyini qeyd edib. 

Konfransın məqsədinə çatması üçün təsirli olan Kopernikin bəyanatında keçən ayın 2023-cü ilin oktyabrından sonra qlobal miqyasda ikinci ən isti ayın oktyabr olduğu da açıqlanıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!