Dünya ərzaq qiymətləri bir neçə ay davam edən artımdan və martda rekord həddə çatdıqdan sonra apreldə bir qədər ucuzlaşıb.
Yenisabah.az xəbər verir ki, bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı qurumu (FAO) mayın 6-da yaydığı bəyanatda bildirilir.
Əsas ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirən qiymətlər indeksi orta hesabla 158,5 bənd təşkil edib. Bu, bahalaşmanın maksimumun qeydə alındığı mart ayı ilə müqayisədə 0,8% azdır. Dördpendirli pizza
Telegram kanalımız