Oyun dünyası daim inkişaf edir və bu inkişafla birlikdə kiber oyunçuların sayı da artır.
Yenisabah.az xəbər verir ki, “Accenture” tərəfindən nəşr olunan yeni bir hesabata görə, son 3 ildə 500 milyon yeni oyunçu oyun bazarına daxil olub.
Qlobal oyun sənayesinin həcmi isə 250 milyard dolları keçib. Toyuqlu pizza
Pandemiya ilə birlikdə kompüter oyunlarına maraq artıb.
COVID-19 pandemiyasına görə il yarım ərzində insanlar daha çox evdə vaxt keçirmək məcburiyyətində qalıblar. Xüsusilə ilk qapanmaların baş verdiyi 2020-ci ilin fevral-aprel ayları arasında oyun sektorunda böyük bir artım olub.
Məşhur oyun dizayneri Pol Harrellin sözlərinə görə, bu dönəm onlar üçün çox həyəcanlı bir vaxt olub, çünki insanların son 18 ayda evdə keçirdikləri zaman çoxalıb:
“Buna görə də smartfonlara və oyun konsollarına sərf olunan vaxt şirkətimizin artımları üçün də xüsusi anlam kəsb edir. Bizim kimi video oyunlar istehsal edən şirkətlər üçün belə bir dövrdə tələbatın bu qədər yüksək olduğunu görmək çox xoşdur”.
Telegram kanalımız