Fevralın 21-də Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində idman klubunun açılış mərasimi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Milli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.
“Ağ canavar” adlandırılan klubun rəhbəri “Qobu Park”ın sakini, Füzuli rayonundan məcburi köçkün Asəf Quliyevdir. Onun oğlu 13 yaşlı Amil həmyaşıdları arasında kikboksinq üzrə dəfələrlə ölkə, qitə və dünya çempionu olub. pizza hut
Bütün zəruri avadanlıq və məşq şəraiti ilə təchiz edilmiş idman klubunda kikboksinqlə yanaşı, digər əlbəyaxa döyüş növləri, həmçinin cüdo üzrə bölmələr də fəaliyyət göstərəcək. Burada hələlik 8 məşqçi-müəllim çalışacaq. Klubda eyni vaxtda 30 nəfərin məşq etməsi mümkündür. Artıq bölmələrə yazılmaq üçün 50 nəfərdən çox yeniyetmə və gənc müraciət edib.
Telegram kanalımız