“Gənclər siyasəti haqqında” qanunun maddələrinə dəyişikliklər nəzərdə tutulub.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliyin əsas istiqamətlərindən biri də, qohumlar arasındakı evlilik hallarının aradan qaldırılmasıdır. Qanunun 3-cü maddəsinə edilən dəyişiklikdə gənclərin maraq və ehtiyaclarının nəzərə alınması, gənclər siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının nəzərə alınması, gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması əksini tapıb.
Gənclərin zərərli vərdişlərdən uzaq olunması istiqamətində tədbrilərin görülməsi, risk qrupunda olan gənclərə hüquqi və sosoial-psixoliji yardımın təmin edilməsi, bu qrupdan olan gənclərin məşğulluq tədbirlərinə cəlb olunması, sosial-psixoloji reablitasiyası, cəzaçəkmə müəssisələrindən azad olan gənclərin sosial adaptasiya olunması üçün adaptasiya mərkəzlərinə yerləşdirilməsi, qanunun 5-ci maddəsinə həmçinin 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması üçün bir sıra qadağanedici hərəkətlər də nəzərdə tutulub.
Layihədə 18 yaşınadək olan gənclərə tütün məmulatlarının, spirtli, enerji içkilərinin satışı, idman mərc oyunlarında birbaşa və dolayı iştirakı, gecə klublarında, barlarda olması kimi qadağanedici müddəalar əks olunub.
Qanuna 25-dən artıq dəyişiklik edilməsi təklif edilib. Eyni zamanda qohumlar arasında nikahlardan uzaq olmaq istiqamətində maarifləndirmə işlərinin aparılnması əks olunub. Layihə Milli Məclisin Gənclər və idman komitəsindən müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
Telegram kanalımız