Qondarma DQR rus dilinə dövlət dili statusu verir

saytların hazırlanması

Evə çatdırılma

Qondarma DQR rus dilinə dövlət dili statusu verir

Siyasət

02 Dekabr 2020 16:25 1197


Qondarma Dağlıq Qarabağ Respublikasında (“DQR”) rus dilinə dövlət dili statusu verilə bilər.

Yenisabah.az xəbər verir ki, artıq “DQR”in “parlamenti” bu barədə qanun layihəsi hazırlayır. Layihəyə görə, rus dili “DQR”də ikinci dövlət dili hesab ediləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu addımı alqışladıqlarını deyib. pizza

Rusiya hakimiyyəti, Qarabağdakı rus dilinə ikinci dövlət dili statusunun verilməsini alqışlayır. "MK" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, rus dilindən Qarabağda, o cümlədən Azərbaycanda və Ermənistanda istifadə olunur. "Dünyanın bir çox yerində, o cümlədən postsovet məkanında  bu dildə danışılır” deyən Peskov əlavə edib ki, Moskva rahat ünsiyyət vasitəsi olan rus dilinin yayılmasını və bilmə səviyyəsinin artırılmasını təşviq etməyə hazırdır.

Kremlin sözçüsü bildirib ki, Rusiya Azərbaycan və Ermənistana rus dilinə ikinci dövlət dili statusu verilməsini təklif etməyib. “Bu ölkələrin daxili işidir”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!