Qonşu ölkə 4 günlük iş həftəsinə keçir

saytların hazırlanması

Evə çatdırılma

Qonşu ölkə 4 günlük iş həftəsinə keçir

Dünya

12 İyun 2019 12:52 1190


Avropanın bir çox ölkələrində 4 günlük iş rejiminə keçid müzakirə olunur. Rusiyada da 4 günlük iş həftəsi haqda düşünməyə başlayıblar.

"Yeni Sabah" rus mediasına istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev gələcəkdə əmək müqavilələrində belə iş rejiminin əksini tapacağını bildirib. O, beynəlxalq əmək konfransında çıxış edərkən deyib: “Texnologiyanın inkişafı nəinki iş yerlərinin, həmçinin, iş saatlarının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalacaq. Çox mümkündür ki, gələcəkdə əmək müqavilələrində 4 günlük iş qrafiki nəzərdə tutulacaq”.

Medvedevin fikrincə, həmişə uğur arxasınca qaçmaq ruslarda xroniki yorğunluq və stress yarada bilər. Bunun da məhsuldarlığa, ölkənin iqtisadi göstəricilərinə təsiri olması mümkündür. pizza

Medvedev bir Yeni Zelandiya şirkətinin nümunə göstərib. Orada 4 günlük iş həftəsinə keçəndən sonra istehsal 20 faiz artıb, əvəzində işçilər daha az stress yaşayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!