Qonşu ölkədə təhlükəli virusa yoluxma halları artır

saytların hazırlanması

Evə çatdırılma

Qonşu ölkədə təhlükəli virusa yoluxma halları artır

Rəsmi

11 İyun 2023 13:28 896


Son 5 ay ərzində Gürcüstanda heyvanlar arasında quduzluq virusuna 45 yoluxma halı qeydə alınıb. 

Lent.az-ın “Netgazeti” qəzetinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-may aylarında quduzluğa yoluxma halı ümumən keçən illə müqayisədə yüksəkdir. 

Keçən il heyvanlar arasında quduzluğa yoluxma ilə bağlı 31 hal, 2021-ci ildə 40 hal qeydə alınıb.  pizza

Bu il Gürcüstanda quduzluğun yayılması yazın əvvəllərindən başlanıb. Bu, ənənəvi olmayan haldır, çünki adətən, quduzluğun yayılması əsasən yayda qeydə alınıb. 

Bu sahədə əsas problem kimi evsiz it və pişiklərin sayının artmasıdır. Böyük şəhərlərdə müəyyən dərəcədə itlərin vaksinasiyası proqrammı yerinə yetirilir, kəndlərdə isə bu sahəyə demək olar ki, nəzarət yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!