Qorxunc rus imici niyə darmadağın oldu?

saytların hazırlanması

Evə çatdırılma

Qorxunc rus imici niyə darmadağın oldu?

Siyasət

25 Aprel 2022 16:18 801


Müharibə başlamamışdan əvvəl Rusiyanın qorxunc obrazı çoxlarının canına vəlvələ salırdı. Çoxları düşünürdü ki, “şimal ayısı” öz rəqiblərini, eləcə də siyasi müstəvidə onunla razılaşmayanları, hətta onun “bığının altından” iş görənləri öz iri pəncələrinin altında əzib xurd-xəşil edə bilər. Bu mənfi tendensiya xüsusilə keçmiş postsovet ölkələri üçün xarakterik idi. Çünki Cənubi Qafqazı öz arxa bağçası, Mərkəzi Asiyanı isə öz təsir dairəsindəki ərazi kimi görən Rusiya ətraf ölkələrə qarşı aqressiv siyasətindən 30 ildən çoxdur ki, vaz keçməmişdi. 

Təxminən 70 il “Böyük qardaş”ın əsarətində yaşayan, “rəşadətli rus xalqı, böyük inqilab, Leninizm, Stalinizm, kommunizm düşüncəsi” və s. idealoji silahlarla beyni yuyulan postsovet məkanı müstəqilliklərini əldə edəndən sonra da Rusiya ilə münasibətdə xüsusilə ehtiyatlı davranmağa çalışırdı. Yaxın keçmişimizə aid 1990, 20 Yanvar Bakı, 1986 Almatı, 1989, 9 aprel Tbilisi, 1991 Baltikyanı hadisələri bu gün də xatirimizdədir. Elə bu səbəbdəndir ki, SSRİ dağılandan sonra da Rusiyanın xofu ilə yaşayan insanlar çoxluq təşkil edir. Müasir dövrümüzdə də Rusiyanın başımıza açdığı oyunlara baxmayaraq, onlara qarşı “beşinci kolon” olan qüvvələr də az deyil.

Qayıdaq Ukraynaya. 2 ayı dünən tamam olan Rusiya-Ukrayna müharibəsi hazırda fərqli siyasi şəraitin olduğunu üzə çıxarıb. Məlum oldu ki, “rus ayısı”nın iri pəncəsi əvvəlki kimi, möhkəm deyil, dişləri tökülüb və armudun yaxşısını artıq yeyə bilmir. Çünki bu müharibə nəticəsində rus ordusunun məğlubedilməz mifi dağıdıldı. Sezar pizza

77 ildir ki, faşizm üzərində qələbəni özününküləşdirən və əlində bundan başqa ciddi hərbi naliyyəti olmayan, digər xalqların əməyini kölə kimi istismar edib onları heçə sayan Rusiya yeni dövrdə istədi ki, qələbəsinə “qələbə” qatsın. Lakin görünən budur ki, bunu bacara bilmədi. Ciddiyə almadığı, hətta təhqiramiz bir ifadəylə “хохол” adlandırdığı bir millət onlara olmazın bəlanı yaşatdı. Bu, rusların qaysaqlamış yaralarına yaman duz basdı.

Millətçi-şovinist düşüncə tərzi ilə yaşayan ruslara gəldiksə isə onlar bu müharibəyə hər hansı formada etiraz etmirlər. Maraqlıdır ki, devalvasiyanın gücləndiyi, qiymətlərin artdığı, eləcə də iqtisadi sanksiyaların belini qırdığı Rusiyada ictimai mühit Ukraynada öz qardaşlarının qətlinə nədənsə biganə qalır. Bunun da sözsüz ki, tarixi səbəbləri çoxdur.

Putin isə 2 aydır canına yonqar olmuş Ukrayna bəlasından xilas olmaq istəsə də, bir zamanlar Stalinin “Нет пути назад! За нами Москва!” şüarına özünü elə qapdırıb ki, bütün rusları Ukrayna çöllərində qırmağa belə razıdır ki, öz hakimiyyətini qorusun. Çünki rus xalqına nəyisə qələbə kimi sırımağa mütləq ehtiyac var. Hətta "Pirr qələbəs" olsa belə...

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!