“Aydın görünür ki, Rusiya öz imperiya qüdrətini genişləndirmək, habelə buna bəraət qazandırmaq, o cümlədən rus dilində danışanları və ya 19-cu əsrin pravoslav xristian dinlərini qorumaq üçün məsuliyyəti öz üzərinə götürmək kimi köhnə taktikadan istifadə etməyə çalışır”.
Bu sözləri Yenisabah.az-a ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
Sabiq səfir 10 apreldə qondarma “Cənubi Osetiya”da keçiriləcək “prezident seçkiləri”, habelə bu “seçkilər”dən sonra Rusiyaya birləşmək üçün referendumun keçirilməsi barəsində irəli sürülən fikirlərə münasibət bildirib: pizza sifarişi
““Cənubi Osetiya” üçün seçki və ya referendum planının, habelə Sxinvali bölgəsinin Gürcüstandan ayrılmasının, regionun Rusiyanın işğalı və onun şərtləri altında olmasının heç bir beynəlxalq və hüquqi legitimliyi olmayacaq. Belə görünür ki, eyni şey Donbassda, o cümlədən Luqanskda və Donetskdə baş verəcək və çətin ki, dünya bu siyasi teatrın legitimliyini qəbul etsin.
Bildiyiniz kimi, Rusiya bütün Ukraynanı ələ keçirmək və rejim dəyişikliyini təşviq etmək cəhdində uğursuzluğa düçar oldu. İndi o, fərqli bir taktika tətbiq edir. Əvvəldən düşünürdüm ki, Putinin Ukraynadakı ilk məqsədi Donbass üzərində nəzarəti möhkəmləndirməkdir. Lakin qorxuram ki, bu yanaşma indi Gürcüstana da sirayət edir və bununla da prezident Putin Ukraynanı döyüş meydanında məğlub edə bilməməyin siyasi mənfi nəticələrini aradan qaldırmağa çalışır”.
“Son cavabımda qeyd etdiyim kimi, prezident Vladimir Putinin Rusiyanın dünyada hər hansı rusdilli əhaliyə qarşı hansısa siyasi və hüququ marağı olduğunu iddia etmək cəhdi çoxdankı iddiadır və bu, dünya tərəfindən rədd edilir. Hesab edirəm ki, bu cür fikirləri səsləndirmək Rusiya üçün çox çətin vəziyyət yaradacaq. Çünki bu, Putinin Ukraynaya heç bir səbəb olmadan müdaxiləsinə cavab olaraq Rusiyanın sanksiyalardan çəkdiyi iqtisadi ağrıları daha da artıracaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız