Qoyun oğruları həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qoyun oğruları həbs olundu

Kriminal

10 Yanvar 2023 10:08 779


Kürdəmirdə 2 il əvvəl törədilən oğurluq hadisəsinin üstü açılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonun Bağman kəndində yerləşən fərdi təsərrüfatların birindən 4 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Ağsu rayonu Abasxanlı kənd sakinləri Müşfiq Quliyev və Nail Qənbərov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər. pizza

Onların 2 il əvvəl törətdikləri daha 2 oğurluq hadisəsinin üstü də açılıb. 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri Nazim İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vurublar. Həmin heyvanları isə dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!