Quba xəstəxanasında elektron sistem çökdü

saytların hazırlanması

Evə çatdırılma

Quba xəstəxanasında elektron sistem çökdü

Sosial

04 Mart 2026 14:43 273


Son 2 gündə Quba Rayon Mərkəzi Xəstəxanasında elektron sistemin işləməməsi vətəndaşları çətin vəziyyətdə qoyub.

"Yeni Sabah" Shimal.News-a istinadla xəbər verir ki, yaranmış problemə görə həkim qəbuluna yazılmaq mümkün deyil.

Şikayətçilərin sözlərinə görə, sistem açılmadığı üçün pasiyentləri analiz və digər tibbi müayinələrə yönləndirmək mümkün olmur. Nəticədə xəstəxanada uzun növbələr yaranıb, vətəndaşlar saatlarla gözləməli olurlar. Dördpendirli pizza

İddialara əsasən, bəzi vətəndaşlar uzaq kəndlərdən acqarına analiz vermək üçün xəstəxanaya gəlsələr də, sistem işləmədiyi üçün müayinədən keçə bilməyiblər. Onlar yenidən gəlib-getməyin maddi baxımdan çətin olduğunu bildirirlər.

Xəstəxanada haqlı narazılıq yaradıb. Vətəndaşlar problemin qısa zamanda aradan qaldırılmasını və tibbi xidmətlərin fasiləsiz təmin olunmasını tələb edirlər.

Analoji hal ötən həftə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında da yaşanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!