Qubad İbadoğlu Akif Çovdarova “ilişdi“ -   “1190 manatlıq süfrədə qaldırılan badələrlə...“

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğlu Akif Çovdarova “ilişdi“ - “1190 manatlıq süfrədə qaldırılan badələrlə...“

Hadisə

26 Aprel 2020 13:22 4518


İqtisadçı ekspert Qubad İbadoğlu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsxanadan çıxar-çıxmaz dəbdəbəli məclis qurub bunu qeyd etməsini tənqid edib.

Yenisabah.az xəbər verir ki, Qubad İbadoğlu "Facebook" hesabında paylaşım edərək insanların 190 manat üçün mübarizə apardığı bu dövrdə Akif Çovdarovun bahalı süfrə qurmasını tənqid edib. İqtisadçı ekpert sözügedən fotoya bu şərhi yazıb:

""Ədalət" zəfər çalır Marqarita pizza

Ən zəruri ərzaq tələbatını ödəmək üçün 190 manat uğrunda mübarizə aparanların acığına 1190 manatlıq süfrədə qaldırılan badələrlə deyilən tostlar müasir Azərbaycan tarixinin "şanlı səhifəsi"nə yazılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!