Qubad İbadoğlunun partiyasının fəaliyyətinə XİTAM VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğlunun partiyasının fəaliyyətinə XİTAM VERİLDİ

Siyasət

12 Yanvar 2023 17:06 988


Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı partiyanın sədri Qubad İbadoğlu paylaşım edib. Bildirib ki, Partiyanın mərkəzi  icra  strukturlarının  buraxılması  və  təyinatlı  rəhbər  şəxslərin  fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb: 

"Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik", - deyə o qeyd edib.  pizza

Bildirək ki, ADR 2021-ci ilin oktyabrında partiyaya çevrildiyini elan etsə də, qurumun dövlət qeydiyyatı ilə bağlı bütün müraciətlərinə mənfi cavab verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!