Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Yeni Sabah” DİN-ə istinadla xəbər verir ki, tutulan 40 yaşlı Orxan Sultanlıdır.
Onun üzərinə və əşyalarına baxış zamanı ümumilikdə 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq maddi sübut kimi götürülüb. pizza sifarişi
Fakt üzrə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız