Qubada qarın hündürlüyü 3 metrə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Qubada qarın hündürlüyü 3 metrə çatdı

Sosial

14 Aprel 2026 01:35 479


Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, Xınalıq kəndi ərazisində qarın hündürlüyü hazırda 10 santimetrə çatır.

Bildirilib ki, son günlər yağan qar Susay-Xınalıq avtomobil yolu boyunca maraqlı mənzərə yaradıb. Yolun Susay və Qalaxudat kəndləri istiqamətində bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə qədər yüksəlib. pizza hut

Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, yol kənarlarında hündür “qar divarları” formalaşıb. Bu mənzərə bəzi ərazilərdə bir kilometrədək məsafədə müşahidə olunur.

Hazırda yolda nəqliyyatın hərəkəti təmin olunsa da, ərazidə hava şəraiti dəyişkən olaraq qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!