Qubada toy karvanı qəzaya düşdü: Xəsarət alanların adları

saytların hazırlanması

Evə çatdırılma

Qubada toy karvanı qəzaya düşdü: Xəsarət alanların adları

Kriminal

01 Avqust 2019 13:53 1287


Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadən bildirir ki, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. 

Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub. pizza sifarişi

Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Artıq xəsarət alanların şəxsiyyətləri məlum olub.

Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!