Qubada yanğın: Polislər köməyə gəldi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qubada yanğın: Polislər köməyə gəldi - Fotolar

Hadisə

08 Fevral 2020 07:51 1309


Quba rayonunda yanğın hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, fevralın 7-də səhər saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar. Toyuqlu pizza

Baş verən yanğın hadisəsinə RPŞ və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların digər yaşayış evlərinə keçməsinin qarşısının alınmasında böyük köməklik göstəriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!