Qubada yol qəzası: sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Qubada yol qəzası: sürücü öldü

Hadisə

27 Sentyabr 2025 01:00 452


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. pizza

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!