ABŞ-ın paytaxtı Vaşinqtonda quduz tülkü bir konqresmen və jurnalist də daxil olmaqla 9 nəfəri dişləyib.
Modern.az xəbər verir ki, hadisədən sonra tülkü və quduz olduğu aşkarlanan 3 balası yatızdırılıb.
Qeyd edək ki, Vaşinqtondakı Kapitol binasında yerləşdirilən polis 4 aprel tarixində binaya və ətrafına tülkü hücumları olması barədə bildirişlər almağa başlayıb. Bundan sonra polis tərəfindən tülkülər tutularaq sınaqdan keçirilib. Beləliklə onların quduz olduğu aşkarlanıb. Səlahiyyətlilər yaralı və ya xəstə tülkülərlə qarşılaşan hər kəsə tibbi yardıma müraciət üçün xəbərdarlıq edib. Sezar pizza
Qeyd edək ki, daha sonra tülkü tərəfindən dişlənilən Senator Dr Bera və jurnalist Bustillo quduzluğa qarşı peyvəndli olduqlarını açıqlayıb.
Telegram kanalımız