Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, Etibar Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməklə istismar edib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib. Dominos pizza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Əliyevi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız