Qulaqlardakı səs-küy sağlamlıqda hansı problemlərin əlamətidir?

saytların hazırlanması

Evə çatdırılma

Qulaqlardakı səs-küy sağlamlıqda hansı problemlərin əlamətidir?

Sağlamlıq

15 Yanvar 2021 09:59 919


Qulaqlarda müntəzəm səs-küyün olması sağlamlıqla bağlı ciddi problemlərin mövcudluğuna dəlalət edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Amerika tədqiqatçılarının məlumatlarına istinadən “Express” yazıb.

Alimlər müəyyənləşdiriblər ki, qulaqlarda səs-küy - tinnitus (xaricdə səs olmadan qulaqlarda səs- küyün eşidilməsi-red) orqanizmdə B12 vitamininin çatışmazlığını göstərir. O, yalnız sinir sisteminin işinə cavab vermir, eritrositlərin və dezoksiribinuklein turşusunun hazırlanmasında da rol oynayır. Toyuqlu pizza

Ekspertlərin iddiasına əsasən, B12 həmçinin mielinin - əsəbləri əhatə edən qoruyucu və təcrid edən qabığın istehsalı üçün lazımdır. Vitaminin çatışmazlığı sinirlər arasında əlaqənin pisləşməsinə gətirir, bu isə qulaqlarda küyün yaranmasına imkan yarada bilər.

B12 çatışmazlığı həmçinin əl və ayaqlarda uyuşma, əzələ zəifliyi və refleks itkisinə səbəb ola bilər.

Tinnitus pasiyentlər tərəfindən uğultu, fışıltı, fit, cingilti, axan su səsi kimi səciyyələndirilə bilər.

Tinnitus əleyhinə dərmanlar hələ mövcud deyil. Ancaq təcrübədə müalicənin mühafizəkar metodlarından - medikomentoz terapiya, fizioterapiya, refleksoterapiya və eşitmə aparatlarından istifadə olunur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!