“Quli”yə “qanuni oğru” titulunu kimlər verib? 

saytların hazırlanması

Evə çatdırılma

“Quli”yə “qanuni oğru” titulunu kimlər verib? 

Kriminal

26 Oktyabr 2019 11:48 13495


Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) son illər kriminal dünyanın ən populyar fiqurlarından birinə çevrilib. 

1996-cı ildə məhkum edilən və 2017-ci ildə azadlığa çıxan Nadir Səlifov hazırda kriminal dünyada baş verən qarşıdurmaların mərkəzində dayanıb. Daha doğrusu, Nadir Səlifovun artan nüfuzu MDB məkanında, xüsusilə Rusiyadakı bəzi “qanuni oğru”larda narahatlıq yaradıb və onlar “Quli”ni sıradan çıxarmaq üçün səfərbər olublar. 

Fəqət hələ ki, Nadir Səlifovu kriminal dünyadan uzaqlaşdırmaq mümkün olmayıb. Əksinə, o, rəqibləri üçün getdikcə daha böyük təhlükəyə çevrilib. pizza mizza

Bu arada Nadir Səlifova “qanuni oğru” titulu verilməsinin tarixçəsi barədə maraqlı məlumat yayılıb. Yenisabah.az xəbər verir ki, Nadir Səlifovun taclandırılıması 2001-ci ildə 6 saylı cəzaçəkmə müəssisəində baş verib. “Quli”yə kriminal aləmin ali titulunun verilməsi təşəbbüsü ilə ilk olaraq onunla eyni vaxtda həbsxanada cəza çəkən “qanuni oğru” Raul Kiriya (“Raul Rustavski”) çıxış edib. O, Nadir Səlifovun oğru qaydalarına ciddi riayət etdiyini, məhkumlar arasında nüfuzunun olduğunu və həbsxana rəhbrəliyinin qaydalarına baş əymədiyini əsas gətirərək “Quli”nin “qanuni oğru” titulunu haqq etdiyini bildirib. 

Raul Kiriyanın bu təşəbbüsünə “qanuni oğru”lar Tengiz Luarsabişvili (“Tenqo Rustavski”) və Şirəli Aslanov (“Ceyran Rustavski”) da dəstək verib. Beləliklə, Nadir Səlifov adıçəkilən “qanun oğru”ların xeyir-duası ilə kriminal iyerarxiyanın ali mərtəbəsinə yüksəlib.

Nadir Səlifov taclandırılandan sonra onun nüfuzu daha da artıb. Hazırda Azərbaycanın bir nömrəli “qanuni oğru”su hesab edilən Nadir Səlifov MDB məkanında, o cümlədən Rusiyada kriminal aləmin ən nüfuzlu nümayəndələrindən sayılır. 

Onun Türkiyənin yeraltı dünyası ilə də ciddi əlaqələrinin olduğunu və burada da xüsusi hörmət sahibi olduğu bildirilir. Türkiyənin kriminal seqmentinin liderlərindən olan Sedat Pekerin Nadir Səlifova xüsusi hörməti də bunu deməyə əsas verir.

Nadir Səlifov və Raul Kiriya


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!