Qurban bayramında Bakıda avtobuslar işləməyəcək? - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Qurban bayramında Bakıda avtobuslar işləməyəcək? - Cavab

Sosial

28 İyul 2020 12:01 3029


Məlum olduğu kimi, Qurban bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

Baş Nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib. 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bu səbəblə bazar ertəsi də qeyri-iş günü olacaq. Bayramın pandemiya dövrünə təsadüf etməsi isə bir sıra sualların ortaya çıxmasına səbəb olur. Artıq bir müddətdir ki, həftəsonları karantin tətbiq olunan bölgələrdə sıxlıq olmaması üçün ictimai nəqliyyatın istifadəsi dayandırılır. 

Maraqlıdır, bu qayda bayram günlərinə də şamil edilə bilərmi?  Dominos pizza

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda bununla bağlı hər hansı tapşırıq verilməyib:

“Bu kimi məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən tənzimlənir. Oradan nəqliyyatla bağlı hansı qərar verilsə, tənzimləmə ona uyğun olacaq. Hazırda bununla bağlı fikir bildirilməyib”.

Xatırladaq ki, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun Operativ Qərargahın brifinqində Qurban bayramı ilə bağlı xüsusi tədbir planının hazırlandığını vurğulayıb.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!