Qurban kəsmək niyyətləri faciə ilə bitdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Qurban kəsmək niyyətləri faciə ilə bitdi - Video

Hadisə

22 İyun 2024 00:29 889


Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.

Oxu.Az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.

Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dördpendirli pizza

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!